18.06.2025, 17:57
AZ EN
18.07.2023, 11:48 346

3-cü “Yaşat” düşərgəsi Şamaxıda həyata keçirilir

XƏBƏRLƏR
  • “YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, “PMD Hospitality’’nin tərəfdaşlığı ilə 3-cü “Yaşat” düşərgəsinə start verilib. Sentyabrın əvvəllərinədək davam edəcək 7 düşərgədə 300-dək şəhid övladı iştirak edəcək.  

Layihə çərçivəsində hər düşərgədə uşaqlar üçün əyləncə saatları, öyrədici təlimlər, teatr tamaşaları, öz sahəsində müsbət imicə malik olan peşəkarlarla, qurum rəhbərləri ilə görüşlər, ekskursiyalar, habelə psixoloqların iştirakı ilə təlimlər, konsultasiyalar və müğənnilərin iştirakı ilə konsert proqramları keçiriləcək.

“Shamakhi Palace Sharadil” Hotelində həyata keçiriləcək hər bir düşərgə 5 gecə 6 günü əhatə edəcək.

Düşərgə boyunca uşaqlar davamlı olaraq həkim nəzarəti, psixoloqlar tərəfindən müşayiət olunacaqlar. Psixoloqlar tərəfindən terapiyalar, o cümlədən fərdi və kollektiv görüşlər keçiriləcək.

Hər düşərgədə sponsorlar və dəstəkçilər tərəfindən iştirakçılara müxtəlif hədiyyələr təqdim ediləcək.

Düşərgənin ilk günündə ilkin olaraq Şamaxı şəhərinin müxtəlif yerlərinə ekskursiyalar edən uşaqlar sonra hotel ərazisinin oyun parkında maraqlı vaxt keçiriblər. 

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər