22.09.2024, 05:42
AZ EN
16.10.2023, 12:49 314

Gələn il dövlət büdcəsinin 4 milyarda qədəri Qarabağ və Şərqi Zəngəzura xərclənəcək

XƏBƏRLƏR

2024-cü ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 3 milyard 825 milyon manatı və yaxud 10,4 faizi işğaldan azad olunuş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı xərclərin payına düşəcək.

"Vətən səsi" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin gələn il üçün hazırladığı büdcə layihəsində bildirilir. Qeyd olunur ki, gələn il üçün işğaldan azad olunuş ərazilərin yenidən qurulması və bərpası işlərinə ayrılan vəsaitlərin həcmi bu ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 20,3 faiz azdır. Bütövlükdə isə 2024-cü ildə Qarabağ və Şərqi Zəngəzura xərclənəcək büdcə vəısaitlərinin ümimi həcmi iqtisadi fəaliyyət xərclərinin 49,1 faizini təşkil edəcək.

Xatırladaq ki, gələn il Azərbaycan Respublikasının dövlət büdcəsinin gəlirlərinin 34 milyard 173 milyon manat, büdcə xərclərinin isə 36 milyard 763 milyon manat olacağı gözlənilir.

İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması tədbirlərinə dövlət büdcəsindən kənar, yəni yerli və xarici şirkətlər tərəfindən də vəsaitlər xərclənir. Son vaxtlar bununla bağlı hazırlıq işlərinin xeyli dərəcədə intensivləşdiyi müşahidə olunur. Belə ki, indiyə qədər Azərbaycana investisiya yatırmaq istəyən, amma münaqişə səbəbindən buna risk etməyən ölkələr artıq rəsmi Bakıya öz layihələrini təklif edirlər. Xüsusən də işğaldan azad olunan ərazilərin bərpasında iştirak üçün xarici şirkətlər böyük maraq göstərirlər. Buna misal kimi, Türkiyə, Rusiya, Böyük Britaniya, Pakistan, İtaliya, İran və digər ölkələrin dövlət və özəl investisiya şirkətlərini göstərmək olar.

Elxan SALAHOV

Oxşar xəbərlər