07.02.2026, 03:40
AZ EN
28.01.2026, 15:49 243

“Qərbi Azərbaycan: Danışan izlərin işığında” kitabının təqdimatı keçirilib

XƏBƏRLƏR
  • Bakı Slavyan Universitetində Qərbi Azərbaycan İcması idarə heyətinin üzvü, professor, Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Mahirə Hüseynovanın “Qərbi Azərbaycan: Danışan izlərin işığında” kitabının təqdimatı keçirilib.

Universitetdən bildirilib ki, tədbirdə əvvəlcə professor Mahirə Hüseynovanın elmi-pedaqoji, ictimai fəaliyyəti və bədii yaradıcılığı haqqında videoçarx nümayiş etdirilib.

BSU-nun rektoru Anar Nağıyev kitabın elmi və ictimai əhəmiyyətini xüsusi vurğulayıb. Rektor qeyd edib ki, Qərbi Azərbaycanda Azərbaycan tarixinin, mədəni irsinin və milli dəyərlərinin sistemli şəkildə tədqiqinə həsr olunan bu kitab elmi müstəvidə təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır.

Rektor BSU-da fəaliyyət göstərən Qərbi Azərbaycan Tədqiqat Mərkəzinin bu istiqamətdə gördüyü işlərdən də bəhs edərək, mərkəzin fəaliyyətinin genişləndirilməsində professor Mahirə Hüseynovanın dəstəyini qeyd edib. Bildirib ki, Qərbi Azərbaycan mövzusu artıq universitetin tədris proqramlarında, dərs vəsaitlərində və elmi tədqiqat istiqamətlərində yer almaqdadır.

Tədbirdə Milli Məclisin deputatı Məlahət İbrahimqızı, BSU-nun Jurnalistika kafedrasının müdiri Vüqar Rəhimzadə, akademik Abel Məhərrəmov, Nizami Cəfərov və başqa ziyalılar çıxış edərək, kitabda Qərbi Azərbaycan reallıqlarının tarixi, elmi və mədəni aspektlərdən sistemli şəkildə araşdırıldığını vurğulayıblar. 

Professor Mahirə Hüseynova tədqiqat əsərində Qərbi Azərbaycanın tarixi-mədəni irsi, dil, folklor və milli-mənəvi dəyərlərinin elmi əsaslarla araşdırıldığını diqqətə çatdırıb, bu mövzuda aparılan tədqiqatların əhəmiyyətini qeyd edib.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər