14.03.2025, 11:56
AZ EN
16.10.2023, 09:00 312

Nurlan nişanlı idi

XƏBƏRLƏR
  • Bu gün Vətən müharibəsində qəhrəmancasına şəhadətə ucalan, əsgər Nurlan Qədir oğlu Şirinlinin doğum günüdür. O, 1996-cı ilin oktyabr ayının 16-da Tərtər rayonunun Sarov kəndində anadan olub. 2002–2013-cü illərdə kənd məktəbində orta təhsil alıb. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında "N" saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi.

Nurlan Şirinli 2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsinə mexanik sürücü kimi qatılıb. Talış- Suqovuşan istiqamətində döyüş yolu keçib. İgid hərbçi oktyabrın 7-də Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhidimiz böyük izdihamla Tərtər rayonunun Sarov kəndində torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Nurlan Şirinli ölümündən sonra "Suqovuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" və "Vətən uğrunda" medalları ilə təltif edilib.

Nurlan nişanlı idi. O, arzularla dolu gənc ömrünü canından çox sevdiyi Vətənə bağışladı. Adını Zəfər tariximizə qızıl hərflərlə yazan Nurlan Şirinlinin xatirəsi həmişə yaddaşlarda qalacaq.

Şəhidlər ölməz, Vətən bölünməz!

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, Nurlan balamız!

Mina RƏŞİD

Oxşar xəbərlər