Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. YAP Gəncə Təşkilatının binasında davam edən görüşdə Meğridən deportasiya edilmiş dosent İlqar Cabbarov doğulub yaşadığı rayondan zorla çıxarılarkən başlarına gələn hadisələrin acı hekayəsini tədbir iştirakçıları ilə bölüşüb və Qərbi Azərbaycan İcmasının ətrafında təşkilatlanmaqla ata-baba yurdlarına qayıtmağa böyük ümidlərinin olduğunu bildirib.
Sonra YAP-nın Gəncə Təşkilatının sədri Bayram Aslanov, GDU-nın humanitar məsələlər üzrə prorektoru dosent Gülsüm Fətəliyeva, GDU-nın professor və müəllimləri, Nüvədi və Aldərə kənd sakinləri çıxış ediblər. Natiqlər Qərbi Azərbaycanla bağlı xatirələrini bölüşüblər.
Tahirə AĞAMİRZƏ