09.06.2025, 11:04
AZ EN
30.06.2023, 13:54 307

Qəhrəman çavuş

XƏBƏRLƏR

Rasim Mərdan oğlu Hacıyev 5 sentyabr 1990-cı ildə Şamaxı rayonunun Qaleybuğurd kəndində anadan olmuşdur. O, orta təhsilini Şamaxı rayon, B.Osmanov adına Qaleybuğurd kənd tam orta məktəbində almışdır. Orta təhsilini başa vurduqdan sonra həqiqi hərbi xidmətə çağırılmış, Daxili Qoşunlarda xidmət etmişdir. Hərbi xidmətdən sonra MAHHXHQ kimi xidmətini davam etdirmişdir. Vətən müharibəsində çavuş kimi Xocalı, Zəngilan, Füzuli, Xocavənd, Cəbrayıl, Kəlbəcər uğrunda döyüşlərdə böyük igidliklər göstərmişdir. Şuşanın Daşaltı kəndində yaralanmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ona "Cəbrayılın azad olunmasına görə", l dərəcəli "Qüsursuz xidmətə görə" medalları verilmişdir. Qazimiz III dərəcəli əlildir.

İsa Musayev

Oxşar xəbərlər