25.04.2025, 07:28
AZ EN
11.10.2023, 12:30 382

Allahverdi Kazımov: 30 ildən sonra el-obama qayıtdığım üçün çox sevincliyəm

XƏBƏRLƏR
  • Füzulidən çıxanda 41 yaşım var idi. Şükürlər olsun ki, otuz ildən sonra doğma yurduma, el-obama qayıdıram. Buna görə çox sevincliyəm. Bu günləri bizə yaşadan şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə cansağlığı arzulayıram.

Bu sözləri bu gün doğma yurda qayıdan Füzuli sakini Allahverdi Kazımov deyib.

“Allah Prezident İlham Əliyevə uzun ömür versin ki, şəhərlərimizi, kəndlərimizi tez bir zamanda yenidən abadlaşdırsın. Bütün məcburi köçkünlər doğma yurdlarına qayıtsın, hər birimizin dostu, tanışı, eli, obası bir yerdə olsun. Arzu edirəm ki, Ali Baş Komandanımız siyasətdə uğurlu olduğu kimi, böyük bir iradə ilə şəhərlərimizin, kəndlərimizin bərpasını da başa çatdırsın. Bu da bütün ölkələrə, xarici təşkilatlara nümunə olsun”, - deyə Allahverdi Kazımov vurğulayıb.

Doğma yurduna nəvələri ilə qayıtdığını bildirən keçmiş məcburi köçkün bu günü yaşadığına görə Prezident İlham Əliyevə təşəkkürünü ifadə edib. (AZƏRTAC)

Oxşar xəbərlər