09.06.2025, 07:35
AZ EN
28.09.2023, 16:21 252

Təslim olmayacağını deyən erməni komandir Qarabağdan qaçdı

XƏBƏRLƏR
  • Azərbaycan silahlı qüvvəllərinin cəmi bir gün davam edən lokal xarakterli antiterror tədbirlərindən sonra Qarabağdakı separatçı rejim və qanunsuz erməni hərbi birləşmələri ağ bayraq qaldıraraq təslim oldu. Rusiya hökumətinin xahişi əsasında atəşkəs razılaşmasından bir gün sonra erməni ikiüzlülüyü növbəti dəfə özünü büruzə verdi.

“Vətən səsi” xatırladır ki, Qarabağdakı qanunsuz hərbi birləşmələrdən birinin komandiri Karen Calavyan antiterror tədbirlərinin ertəsi gün ağ bayraq qaldıran silahdaşlarının mövqeyinə zidd açıqlamalar verməyə başladı. Belə ki, o, qanunsuz hər birləşmələrdən birinə rəhbərlik edən Calavyan silahı yerə qoymacağını, təslim olmayacağını bildirmişdi. Bu gün isə məlum olub ki, qorxaq komandir özünün gurultulu bəyanatının arxasında dayana bilməyib və o, bu gün Azərbaycan ərazisindən Ermənistana qaçıb.

Ermənistan mətbuatı yazır ki, antiterror tədbirlərindən sonra bir neçə gün ərzində tərəfdarları ilə birlikdə Qarabağın meşələrində gizlənən Karen Calavyan müqavimət göstərməyin mənasız olduğunu dərk edərək fikrindən daşınıb. O, tabeliyindəki əsgərlərə xəbər vermədən silahı yerə qoyaraq Qarabağ ərazisini tərk edib.

Hazırda Karen Calavyanın Gorus şəhərində olduğu bildirilir. Qəzet informasiyaya sübut kimi Karen Calavyanın Gorusda erməni polislərindən biri ilə çəkdirdiyi təzə fotosunu da dərc edib.

Calavyanın sərhədi necə keçdiyi barədə məlumat verilməyib.

Xatırladaq ki, Karen Calavyan Azərbaycana təslim olmayacağı və əsgərləri ilə sona qədər döyüşəcəyi barədə xəbərlər yaymışdı.

Elxan SALAHOV

Oxşar xəbərlər