09.06.2025, 16:47
AZ EN
05.06.2023, 17:36 313

Laçın və Xocavənddə Su Təsərrüfatı və Meliorasiya İşçilərinin peşə bayramı qeyd edilib

XƏBƏRLƏR
  • Azərbaycanda Su Təsərrüfatı və Meliorasiya İşçilərinin peşə bayramı  Laçın Rayon İcra Hakimiyyətində qeyd edilib. Tədbir inzibati binanın önündə Ümummilli Lider Heydər Əliyevin ucaldılmış büstü ziyarət edilməklə başlayıb.

Çıxış edənlər dövlət tərəfindən su təsərrüfatı və meliorasiya işçilərinə göstərilən diqqət və qayğıdan minnətdarlıqla söhbət açıblar. Heydər Əliyev ideyalarının dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində digər sahələrdə olduğu kimi su təsərrüfatı sektorunda da böyük uğurlar qazanıldığını, əhalinin içməli su təchizatı və əkin sahələrinin suvarma xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədi ilə genişmiqyaslı işlər görüldüyünü qeyd ediblər.

Sonda rayon rəhbərliyi peşə bayramları münasibətilə melioratorları təbrik edərək onlara gələcək işlərində uğurlar arzulayıb.

***

Bu gün Xocavənd qəsəbəsində Su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı münasibəti ilə tədbir keçirilib. Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin Xocavənd Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısında ucaldılmış abidəsi önünə tər gül dəstələri düzərək dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildiriblər.

Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov melioratorları peşə bayramları münasibətilə təbrik edib, onlara ən xoş arzularını çatdırıb.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər