Bunu Baş Prokurorun müavini Elmar Camalov Milli Məclisdə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin təşkilatçılığı ilə keçirilən “Qərbi Azərbaycana qayıdış: Hüquqi aspektlər” mövzusunda ictimai dinləmə zamanı deyib.
“Hazırda bu istiqamətdə istintaqın aparılması davam etdirilir. Təbii ki, bu işin gedişatı və nəticəsi barədə ictimaiyyət Azərbaycan Respublikası Baş Prokurorluq tərəfindən məlumatlandırılacaq. Eyni zamanda, yuxarıda sadaladığım tədbirlərdən başqa Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən, Ermənistan və onların havadarları tərəfindən törədilən cinayətlərlə bağlı beynəlxalq ictimaiyyətə və məhkəmələrə çatdırılması istiqamətində təkliflərin hazırlanması istiqamətində işlər aparılmaqdadır”, - Baş Prokurorun müavini vurğulayıb.
Elmar Camalov birgə aparılan işlərin tarixi ədalətin bərqərar olmasına səbəb olacağını ifadə edib: “Xalqımıza qarşı, o cümlədən Qərbi Azərbaycanda yaşamış soydaşlarımıza qarşı törədilən cinayətlərə görə Ermənistan dövləti və müvafiq şəxslər cavab verəcək, mümkün olan şəxslər müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunacaq. Bütün qaçqın və məcburi köçkünlər isə öz doğma torpaqlarına qayıdacaqlar”. (APA)