21.09.2024, 18:53
AZ EN
09.07.2024, 10:49 292

Vətən müharibəsinin 19 yaşlı qəhrəmanı

XƏBƏRLƏR
  • Allahverdi uşaqlıqdan döyüş filmlərini izləyirdi. Böyüdükcə onun qəlbində Vətən sevgisi də artırdı. O, əslən Şuşadan idi. Deyirdi ki, torpaqlarımızı mən özüm işğaldan azad edəcəm, Şuşada bayrağımızı  ucaldacam. Şanlı Vətən Müharibəsi başlayanda Allahverdi hərbi xidmətdə idi. O, cəsur bir əsgər kimi döyüşlərə qatıldı. Yaşının az olmasına baxmayaraq çox cəsur idi. Allahverdi öz əsgər yoldaşlarına üək-dirək verirdi. Deyirdi ki, biz heç nədən qorxmamalıyıq. Düşməni darmadağın edib, torpaqlarımızı azad etməliyik. İgid əsgər müharibənin ilk, həm də çox önəmli, həlledici günündə Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhadətə ucaldı...  

Bu gün 44 günlük Vətən Müharibəsinin qəhrəmanlarından olan şəhid əsgər Allahverdi Əli oğlu Allahverdiyevin doğum günüdür. O, 2001-ci il iyulun 9-da Bakıda Xəzər rayonunda anadan olub. Orta məktəbi biritdikdən sonra hərbi xidmətə yollanıb. İkinci Vətən müharibəsi başlayanda o baş atıcı kimi hərbi xidmətini yerinə yetirirdi. Allahverdi İkinci Qarabağ müharibəsində Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmanlıqla şəhid oldu.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Allahverdi Allahverdiyev ölümündən sonra "Vətən uğunda", "Suqovuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" və III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Bu gün doğmaları onunla qürur duyur, onlara nə qədər çətin olsa da Allahverdinin müqəddəs şəhid adıyla, əməli ilə fəxr etdikərini söyləyirlər.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, qəhrəman Allahverdi balamız.

Mina RƏŞİD

Oxşar xəbərlər