08.09.2024, 05:57
AZ EN
20.09.2023, 11:25 278

Bu partiyalar antiterror tədbirlərinə dəstək olmadı

XƏBƏRLƏR
  • Ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar Ermənistanın Azərbaycanın Konstitusiya quruluşuna yönəlik hərbi təhdidlərinə qarşı keçirilən lokal antiterror tədbirlərinə dəstək göstərərək bəyanat qəbul ediblər.

Siyasi partiyalar məlum üçtərəfli bəyanatın müddəalarının təmin olunması,  Qarabağda törədilən geniş miqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin  tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi məqsədilə Ordumuzun bölgədə həyata keçirdiyi  lokal xarakterli antiterror əməliyyatlarını dəstəkləyiblər. Lakin hər zaman olduğu kimi, bu dəfə də Azərbaycan Xalq Cəbhəsi Partiyası,  Müsavat Partiyası və Real Partiyası milli və siyasi dəstək nümayiş etdirə bilməyiblər. Adıçəkilən partiyalar bəyanatı imzalamaqdan imtina ediblər. Əslində bu partiyaların və onların liderlərinin milli birlik nümayiş etdirəcəyi gözlənilən hal deyildi. Ona görə ki, xalqa deyil, hansısa xarici qüvvələrə bağlı olan, onların maliyyəsi ilə dolanan həmin qurumların çaldığı hava ilə oynayan AXCP, Müsavat və Real partiyaları hər zaman  düşmən dəyirmanına su tökməklə məşğul olublar. Xaqın taleyüklü məsələlərində milli birlikdən və həmrəylikdən uzaq olan bu partiyaları nə dövlətimizin ərazi bütövlüyü və müstəqilliyi, nə də xalqımızın təhlükəsizliyi maraqlandırıb.

Baş verən sonuncu hadisə də göstərdi ki,  bu üç siyasi təşkilat xalqa yox, xaricdəki himayədarlarına həmrəydi.  Əslində isə Azərbaycan Xalq Cəbhəsi Partiyasının və Müsavat Partiyasının liderləri milli birlik və həmrəylikdən imtina edərkən düşünməli idilər ki, bu gün Qarabağda yaşanan problemlər, baş verənlər onların yarıtmaz əmllərinin nəticəsidir. 30 ildən sonra xalqımız AXCP və Müsavat partiyalarının vurduğu ləkələrini təmizləyir.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər