05.02.2025, 14:43
AZ EN
15.09.2023, 09:45 281

Füzuli sakini: 30 il o yerlərin həsrəti ilə yaşamışam

XƏBƏRLƏR
  • Füzulidən çıxanda 45 yaşım var idi. 30 il o yerlərin həsrəti ilə yaşamışam. Şükürlər bu günə ki, Füzuliyə qayıdıram. Doğma məkanda əkinçiliklə məşğul olmaq istəyirəm.

Bu sözləri Füzuli sakini Şəhistan Abbasov deyib.

“Mən Bakıya gələndə çox çətinliklərlə üzləşdik, lakin sonradan dövlətimiz bizim üçün burada gözəl şərait yaratdı. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz torpaqlarımızı işğaldan azad etdi”, – deyən Şəhistan Abbasov Allahdan şəhidlərimizə rəhmət diləyib, qazilərimizə cansağlığı arzulayıb. (AZƏRTAC)

Oxşar xəbərlər