Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Qubadlı rayon Fəxrəddin Hüseynov adına Mahmudlu kənd uşaq musiqi məktəbi yeni uğura imza atıb.
İdarədən AZƏRTAC-a bildirilib ki, məktəbin 6-cı sinif şagirdi Aylin Asəf qızı Əsədli "Ümid 2021" Beynəlxalq incəsənət və rəqs müsabiqəsində solo çıxışı ilə fərqlənib. O, müsabiqənin 11-12 yaş kateqoriyasında fortepiano üzrə 3-cü yerə layiq görülüb. Müsabiqə Azərbaycan Gənclər İttifaqının dəstəyi ilə keçirilib.
Gənc pianoçunun uğurunda bədii rəhbər, konsertmeyster Ülviyyə Məlikovanın da xüsusi xidmətləri var.