24.04.2025, 09:54
AZ EN
23.05.2023, 15:10 257

Ağdamda xan nəslinə aid 30-dan artıq qəbir tapılıb

XƏBƏRLƏR
  • Ağdamda İmarət adlanan ərazidə xan nəslinə aid 30-dan artıq qəbir tapılıb.

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, professor Abbas Seyidov deyib.

Onun sözlərinə görə, hazırda arxeoloqlarımız 50 günə yaxındır Ağdamda xan nəslinin dəfn olunduğu İmarət adlanan ərazidə işləyirlər.

“Demək olar ki, İmarətin bütün ərazisi, 1000 kv. metrdən artıq sahə qazılıb. Orada xan nəslinə aid 30-dan artıq qəbir tapılıb. Qalanlarının da çıxarılması istiqamətində işlər davam etdirilir”, - deyə A.Seyidov qeyd edib. (Trend)

Oxşar xəbərlər