20.11.2025, 00:19
AZ EN
22.08.2025, 08:10 136

Şahin Baxşəliyev: Xıdırlı kəndinə qayıtmağımız bizim üçün əlamətdar və tarixi hadisədir

XƏBƏRLƏR
  • Bu gün Ağdam rayonunun Xıdırlı kəndinə qayıtmağımız bizim üçün əlamətdar və tarixi hadisədir. Doğulub boya-başa çatdığımız kəndə köçdüyümüz üçün sevincliyik.

Bu sözləri jurnalistlərə açıqlamasında Ağdam rayonunun Xıdırlı kəndinə köçən keçmiş məcburi köçkün Şahin Baxşəliyev söyləyib.

O bildirib ki, dövlətimizin başçısının sayəsində bu gün vətən həsrətinə son qoyulur.

Ş. Baxşəliyev bildirib ki, məcburi köçkün düşəndə 38 yaşım var idi: "68 yaşımda doğma kəndimə qayıtdığım üçün çox sevirəm. Biz xoşbəxt xalqıq ki, Prezident İlham Əliyev kimi dövlət başçımız var və bu cür qüdrətli dövlətdə yaşayırıq". (AZƏRTAC)

Oxşar xəbərlər