BMT tərəfindən təsis edilmiş bayram sadəcə peşə bayramı kimi qeyd olunmur, bu gün bütün jurnalistlər özlərini həmrəy və birlik içində hiss edirlər.
Qeyd edək ki, jurnalistika dünyanın ən təhlükəli peşələrindən biri hesab olunur. Belə ki, dünyanın dörd bir yanında onlara qarşı təzyiqlər, təqiblər edilir və hətta ölüm halları da müşahidə olnur.
Jurnalist ölümlərini bir çox qurumlar hesaba alır. Misal üçün Jurnalistləri Qoruyaq Komitəsinin (Committee to Protect Journalists) verdiyi məlumata görə 1992-ci ildən bəri 1496 jurnalist və media işçilərinin ölümü qeydə alınıb. 2020-ci il üçün bu qurum 17 jurnalist və media işçisi ölümü qeydə alıb.
Beynəlxalq Jurnalistlər Federasiyasının verdiyi məlumata görə isə son 20 ildə ən çox 155 nəfər olmaqla 2006-cı ildə jurnalist ölümü qeydə alınıb.
Bundan əlavə, bu xoşagəlməz hallara son illərdə ən çox Suriya və Meksikada rast gəlinib. Öz fəaliyyətləri çərçivəsində ölümlə üzləşən jurnalistlər sırasında azərbaycanlı əməkdaşlar da kifayət qədərdir.
Xatırladaq ki, Azərbaycan jurnalistləri öz peşə bayramını Prezidentin Fərmanına uyğun olaraq, "Əkinçi" qəzetinin 1875-ci ildə nəşrə başladığı gün – iyulun 22-də qeyd edirlər.
Hazırladı: Mina RƏŞİD