Bunu bu gün Ağdərənin Həsənriz kəndinə köçən sakin Kəmalə Həsənova bildirib.
O, həmçinin əlavə edib ki, doğma kəndində yaşaya bilmədiyi uşaqlıq sevincini övladlarına yaşadacaq: "Mən uşaqlığımı Qarabağda yaşaya bilməsəm də, övladlarım burada böyüyəcəklər. İndiyə qədər yataqxanada məskunlaşmışdıq, artıq bundan sonra öz evimizdə yaşayacağıq. Buna görə, Prezidentimizə təşəkkür edirəm. Allahdan şəhidlərimizə rəhmət diləyir, qazilərə can sağlığı arzu edirəm. Şəhid analarının əllərindən öpürəm”. (APA)