22.09.2024, 00:22
AZ EN
20.01.2023, 14:25 162

BQXK-ya məxsus avtomobillər yenidən Laçın yolundan keçib

XƏBƏRLƏR
  • Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus dörd avtomobil yenidən Laçın yolundan keçib.  BQXK-yə məxsus 5 avtomobil Laçın yolundan maneəsiz keçməsi üçün şərait yaradılıb.

Xatırladaq ki, həmin avtomobillər səhər saatlarında da keçid etmişdilər.

Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazidə humanitar məqsədli maşınların hərəkəti sərbəstdir və buna heç bir maneə yoxdur.

Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 39 gündür davam edir. ("Trend")

Oxşar xəbərlər