24.04.2025, 17:15
AZ EN
17.08.2023, 13:30 365

Azad edilmiş ərazilərdə 6 ayda 623 yeni iş yeri açılıb - SİYAHI

XƏBƏRLƏR
  • 2023-cü ilin yanvar-iyun ayları ərzində işğaldan azad edilmiş rayonlarda 623 yeni iş yeri açılıb.

“Vətən səsi” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yarım illik hesabalamalarında bildirilir. Qeyd olunur ki, bu ilin ilk 6 ayı ərzində ən çox yeni iş yeri Laçın və Şuşada yaradılıb. Belə ki, hesabat dövrü ərzində bərpa və yenidənqurma işlərinin davam etdiyi Laçında 328, Şuşada isə 177 yeni iş yeri açılıb.

Ümumi siyahıda yeni iş yerlərinin işğaldan azad edilmiş rayonlar üzrə göstəricilər aşağıdakı kimidir:

Azad edilmiş rayonlar

Yeni yaradılmış iş yerlərinin sayı

Laçın

328

Suşa

177

Xocavənd

32

Cəbrayıl

28

Kəlbəcər

19

Ağdam rayonu

18

Füzuli

13

Xocalı

5

Qubadlı

2

Zəngilan

1

Xatırladaq ki, işğaldan azad olunmuş ərazilərdə bərpa və tikinti işləri sürətlə davam edir. Bununla paralel olaraq keçmiş məcburi köçkünlərin də doğma yurduna köçürülməsi istiqamətində ardıcıl tədbirlər görülür. Bu tədbirlərin nəticəsidir ki, işğaldan azad olunmuş ərazilərə köçürülən ailələrin sayı 327-yə, əhalinin sayı isə 1368 nəfərə çatıb. İşğaldan əvvəlki yaşayış ünvanına köçürülənlərin sayına görə ilk yeri Laçın şəhəri tutur – 221 ailə, 858 nəfər. Zəngilan rayonunun Ağalı kəndinə köçürülənləri sayı müvafiq olaraq 86 və 420, Tərtərin Talış kəndinə isə 20 və 90-dır.

Elxan SALAHOV

Oxşar xəbərlər