18.01.2026, 20:23
AZ EN
18.01.2026, 09:00 122

Milli Məclis deputatı seçicilərlə növbəti görüş keçirib

XƏBƏRLƏR
  • Milli Məclisin deputatı Ceyhun Məmmədov seçicilərlə mütəmadi əlaqələrin qurulması və onları narahat edən məsələlərin yerində dinlənilməsi məqsədilə Qaradağ rayonunda məskunlaşan vətəndaşlarla növbəti görüşünü keçirib.

Görüş zamanı millət vəkili seçiciləri həm fərdi, həm də ümumi qaydada qəbul edib. Vətəndaşların qaldırdığı sosial və digər xarakterli məsələlərlə yaxından tanış olan deputat, müraciətlərin bir qismini yerindəcə cavablandırıb, araşdırma tələb edən problemləri isə aidiyyəti qurumlar qarşısında qaldırmaq üçün qeydiyyata alıb.

Deputat bu cür görüşlərin vətəndaş-deputat əlaqələrinin möhkəmləndirilməsində mühüm rol oynadığını vurğulayaraq, seçicilərin müraciətlərinin diqqətdə saxlanılacağını bildirib.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər