Bu istiqamətdə aparılan məqsədyönlü işlər çərçivəsində Laçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərli Laçının Zabux kəndindən olan bir qrup sakinləri ilə görüşmüşdür.
2023-cü il 27 may tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Laçın rayonunun Zabux kəndində aparılan tikinti işləri ilə tanışlığını xatırladan icra başçısı bildirib ki, ümumi sahəsi 81 hektar olan Zabux kəndinə 245 ailənin, ilkin mərhələdə isə 223 ailənin köçürülməsi nəzərdə tutulur. Zabux kəndində 50 yerlik uşaq bağçası, inzibati bina, tibb məntəqəsi inşa edilmiş, zəruri social infrastruktur yaradılmışdır. Zabux kəndində evlərin, sosial obyektlərin və küçələrin işıqlandırılmasında “yaşıl enerji”dən istifadə edilməsi nəzərdə tutulumuşdur. Ölkə başçısı cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, kənddə bütün işlər ən yüksək səviyyədə yerinə yetiriləcəkdir.
Rayon rəhbəri qeyd etmişdir ki, Zabux kənd sakinləri üçün “Zabuxa İlk Qayıdış” adı altında 2023-cü il 7 avqust tarixdə Qacqınların və Məcburi Köckünlərin İşləri Üzrə Dövlət Komitəsində ilk evlər ücün püşk atma mərasiminin keçirilməsi zabuxlular üçün tarixi və çox qürürverici bir hadisədir.
Daha sonra Zabux kəndinə köçəcək sakinlərlə onlar üçün həyati əhəmiyyət kəsb edən bu məsələ ətrafında qarşılıqlı fikir mübadilələri aparılmışdır.
Vətənə qayıdışın sevincini yaşayacaq Zabux kənd sakinləri işğal altında olan torpaqlarımızın qısa müddətdə işğaldan azad edilərək, onların öz ata-baba yurdlarına qayıtmasına şərait yaratdığına görə Prezident, Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Hazırladı: Mina RƏŞİD