24.06.2025, 05:41
AZ EN
22.07.2023, 10:29 185

Laçın sakini: Laçında usta kimi işləyəcəm

XƏBƏRLƏR
  • Bu gün çox sevinirəm, Allah şəhidlərimizə rəhmət eləsin. Laçına usta Kalam kimi qayıdıram.

Bunu bu gün öz doğma yurd-yuvasına qayıdan Laçın sakini deyib.

Onun sözlərinə görə, Laçında usta kimi işləyəcək.

"Laçının yenidən qurulmasında əlimdən nə gəlirsə edəcəm. Bütün laçınlılara arzu edirəm ki, tezliklə doğma torpaqlarına qayıtsınlar", - deyə o, əlavə edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün - iyulun 22-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 22 ailə - 79 nəfər köçürülüb. Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar. (Trend)

Oxşar xəbərlər