20.04.2024, 01:49
AZ EN
13.10.2022, 12:00 579

Tarixi zəfərin ikinci ildönümünə həsr edilmiş tədbir keçirilib

XƏBƏRLƏR

Azərbaycan xalqının erməni faşizmi üzərində tarixi qələbəsi torpaqlarımızın otuz illik işğaldan azad edilməsini və xalqımızın dünyada qalib xalq kimi tanınmasını təmin etdi,  son 300 ilə yaxın bir dövrdə üzləşdiyimiz məğlubluq sindromunu aradan qaldırdı.  Azərbaycan xalqının əvəzolunmaz lideri, möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan  İlham Əliyevin rəhbərliyi altında ordumuzun nail olduğu bu tarixi qələbə haqqında hər gün, hər saat danışmaq, onun xalqımızın tarixindəki dəyərini qeyd etmək mənəvi tələbatdır. Bu sıradan Azadlıq Hərakatçıları İctimai Birliyinin Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə birgə təşkil etdiyi, qələbənin ikinci ildönümünə həsr olunmuş konfrans tələbə-gənclər tərəfindən böyük çoşqu ilə qarşılanıb. .

İctimai birliyin Mətbuat xidmətindən bu barədə verilən məlumatda bildirilir ki, tədbir Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə  Azadlıq Hərakatçıları İctimai Birliyinin həyata keçirdiyi “Ali təhsil müəssisələrində Vətən müharibəsinə həsr edilmiş konfransların keçirilməsi” layihəsi çərçivəsində gerçəkləşdirilib. Tədbiri giriş sözü ilə birliyin sədri, yazıçı-publisist Təhmasib Novruzov açıb, erməni faşizmi üzərində tarixi qələbənin ən mühüm aspektləri haqqında məlumat verib.

Sonra Azərbaycan Respublikasının əzəmətli Dövlət Himni səsləndirilib, ölkəmizin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünün bərpası naminə həyatını qurban verən şəhidlərin ruhu birdəqiqəlik sükutla yad edilib.

Tədbirdə  “Zəfər tariximiz – Hünər tariximiz” video-çarxı nümayiş etdirilib.
 Konfransda çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, professor Fikrət Rzayev, şəhid anaları  Aytəkin Nağıyeva, Sevil Hüseynova, Naibə Mütəllimzadə, Mətanət Məhərrəmova,Vətən müharibəsi qaziləri Fəqan Niftəliyev, Çingiz Abdullayev, QHT sədri Elnarə Abbasova, kinq-boks üzrə baş məşqçi  Əli Cəfərov, universitetin tələbələri Lalə Əsgərova, Ulduz Əsgərova, Nəzrin Abışzadə və başqaları 2020-ci ilin payızında və sonrakı əməliyyatlarda erməni faşizminə vurulan ağır mənəvi və hərbi zərbələrdən, şəhidlərin, qazilərin tarixə həkk olunan misilsiz şücaətlərindən ətraflı danışıblar.

Oxşar xəbərlər