22.12.2024, 06:22
AZ EN
21.07.2023, 12:18 341

Şəhid övladları üçün İstanbulda təşkil olunmuş Yay Düşərgəsi davam edir

XƏBƏRLƏR
  • “Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Türkiyənin "Yeditepe" Universitetinin təşkilatçığı, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərəfdaşlığı ilə ölkəmizin ali təhsil müəssisələrində təhsil alan şəhid övladları üçün Türkiyə Respublikasının İstanbul şəhərində yerləşən "Yeditepe" Universitetində təşkil olunmuş Yay Düşərgəsi maraqlı və əyləncəli anlarla davam edir. Bu barədə “Zəfər” İB-i sosial şəbəkələrdə məlumat verib. 

Dünən düşərgə çərçivəsində “İstək” vəqfinin və “Yeditepe” Universitetinin fəxri rəhbəri olan Bedrəddin Dalan tələbə şəhid övladları ilə nahar süfrəsində görüşərək onlarla düşüncələrini bölüşüb və maraqlı fikir mübadiləsi aparıb. Görüşün sonunda “Zəfər” İB-nin sədri Sevinc Alızadə universitetin fəxri qurucusuna Qarabağ zəfərindən bəhs edən kitablar hədiyyə edərək səmimi dəvət üçün təşəkkürünü bildirib.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər