22.12.2024, 17:13
AZ EN
18.05.2022, 16:50 485

Vətən müharibəsində yaralanmış 2900-ə yaxın hərbçiyə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edilib

XƏBƏRLƏR
  • 44 Vətən müharibəsində yaralanmış və müalicə kursları bitmiş hərbi qulluqçuların əlillik vəziyyətinin qiymətləndirilməsi işləri davam edir. Belə ki, indiyədək Vətən müharibəsində yaralanmış 2885 hərbi qulluqçuya ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin olunub.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən məlumat verilib.

Bildirilib ki, həmin hərbi qulluqçuların ilk mərhələdə əyani müayinəsi keçirilməklə Müdafiə və Ədliyyə nazirlikləri, Daxili Qoşunlar və Dövlət Sərhəd Xidmətinin Hərbi Həkim komissiyalarından şəhadətnamə (xəsarət və ya xəstəliklərin hərbi xidmətlə əlaqəsini müəyyən edən sənəd) və tibb müəssisələrindən göndərişlər (forma 88) elektron sistemə daxil edilib.

Bundan sonra yekun mərhələ olaraq nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyi qiymətləndirib.

Əlillik təyin edilikdən sonra onlara e-sistem tərəfindən, proaktiv qaydada əlilliyə görə aylıq sosial ödənişlər (Prezidentin təqaüdü, pensiya, müavinət) təyin olunub, habelə birdəfəlik sığorta ödənişləri verilib.

Oxşar xəbərlər