22.09.2024, 02:54
AZ EN
18.07.2024, 08:24 243

Qarabağ Universitetinin dekan vəzifəsinə təyin edilən Hüseyn Mirzəyevi tanıyaq

XƏBƏRLƏR
  • Hüseyn Mirzəyev 1974-cü ildə Kəlbəcər rayonunun Başlıbel kəndində anadan olub. Orta təhsilini həmin kənddə aldıqdan sonra 1992-ci ildə Azərbaycan  Texniki Universitetinə daxil olub. 1997-ci ildə həmin universiteti bitirərək mühəndis-mexanik ixtisasına yiyələnib.

Həmin ildən Azərbaycan Texniki Universitetində pedaqoji fəaliyyətə başlayan Hüseyn Mirzəyev 2001-ci ildə Texniki Universitetin aspiranturasına daxil olub. 2005-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək texniki elmlər namizədi elmi dərəcəsini 2008-ci ildə alıb. 2013-cü ildə isə dosent elmi adını alıb. 26 ildən çox elmi-pedaqoji, 12 ildən çox  izibati idarəetmə sahəsində yüksək səviyyədə fəaliyyət göstərərk iş təcrübəsi qazanıb. Texniki Universitetdə Xüsusi Texnika və Texnolojiya fakültəsində tədris işləri üzrə dekan müavini işləyib. 2017-ci ildən əmək faliyyətini Bakı Mühəndislik Universiteti ilə bağlayıb. Əvvəlcə mexanika-mühəndislik kafedrasında dosent, sonra bu kafedranın müdiri, daha sonra isə mühəndislik fakültəsinin dekanı olub. Hal-hazırda Qarabağ Univeristetində dekan vəzifəsinə təyin olunan Hüseyn Mirzəyev mühəndislik fakülətsinin təşkilinə başladıqlarını qeyd edərək deyib: “Bu iş mənim üçün olduqca şərəflidir. Valideynləri çəkinmədən bizə etibar etməyə çağırıram”.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər