21.11.2024, 21:26
AZ EN
17.02.2023, 16:36 217

İnanıram ki, həsrətimizə son qoyulacaq

XƏBƏRLƏR
  • Ötən ilin dekabr ayında Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasının açılışında bir qrup Qərbi azərbaycanlı ilə görüşündə bəzi məsələlərin gündəmdə saxlanılmasının vacibliyini söylədi. Qərbi Azərbaycanla bağlı həqiqətlərin təbliği, ədəbiyyatın çap edilərək bütün dünyada yayılması və müxtəlif tədbirlərin təşkili də, həmin konsepsiyaya daxildir.

Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvü, dosent, əslən Zəngəzurdan olan Elza Orucova yazır ki, Qərbi Azərbaycan bizim ümummilli məsələmizdir. Bu coğrafiya son qarışına qədər Azərbaycanın tarixi torpaqlarıdır. Son 200 ildə köçürülən hay etnosu sayəsində bu torpaqlarda əhalimizin sayı süni şəkildə azaldıldı və xüsusilə XX əsrdə törədilən soyqırımı cinayətləri və deportasiya nəticəsində indi orada bir nəfər belə Azərbaycan türkü yaşamır. Bu ərazidə tək İrəvan xanlığının yox, mənim də, ata-baba yurdum olan Zəngəzurun taleyi həll olundu. 

Sovet imperiyasının xalqımıza qarşı cinayətlərindən biri də Zəngəzur mahalının Azərbaycandan qoparılaraq Ermənistana birləşdirilməsidir. Nəticədə, Türk dünyasının vahidliyinə xələl gəlmiş, Azərbaycan öz tarixi torpaqağı olan Naxçıvandan aralı düşmüşdür. Bundan əlavə, Dərələyəz, Vedibasar, Zəngibasar, Göyçə mahalları da, Azərbaycandan qoparılaraq ermənilərə verilmiş və oranın yerli, aborigen sakinləri öz torpaqlarını tərk etmək məcburiyyətində qalmışlar. 

Əlbəttə, bu qəbuledilməzdir və Qərbi azərbaycanlılar onların torpaqlarında süni şəşkildə yaradılmış Ermənistan dövlətinin onların taleyində oynadığı mənfi rolu heç zaman unuda bilməzlər. Biz 44 günlük Vətən müharibəsində bir millət olaraq dəmir yumruq kimi birləşdik və Müzəffər Ali Baş Komandanın nümayiş etdirdiyi dəmir iradəni və qətiyyəti düşmənə göstərərək Zəfər qazandıq. Qərbi Azərbaycan uğrunda mübarizədə də, eyni milli birliyi nümayiş etdirməliyik. 

Prezident İlham Əliyev əslən Qərbi Azərbaycandan olan ziyalılarımızla görüşündə Qərbi Azərbaycan İcmasının strateji yol xəritəsini müəyyənləşdirdi. Bu, azərbaycanlıların dinc yolla öz torpaqlarına qayıtmalarına nail olmaqdan ibarətdir. Çıxışda qarşıdakı dövrdə görüləcək işlər də müəyyənləşdirildi. Bunların arasında mövzunun daim gündəmdə saxlanılması, bu mövzuda kitabların, əsərlərin yazılması, yerli və beynəlxalq elmi konfransların keçirilməsi və digər təbliğat məsələləri də daxil idi. 

Dünya ölkələrinin rəsmi dairələri və ictimaiyyəti dövlət başçımızın dilindən indi Ermənistan adlandırılan Qərbi Azərbaycanda millətimizə aid olan ərazilərimiz haqqında əsl həqiqətləri eşitdilər və bu məsələnin diqqətdə saxlanması sayəsində gerçəklərimiz dünyaya daha tez çardırılacaqdır. Qərbi Azərbaycana qayıdış milli strateji prioritetimiz olmalıdır.

Əlbəttə, qalib dövlət başçımızın Qərbi Azərbaycan mövzusunun gündəmdə saxlanılmasına dair tövsiyyə və tapşırıqları, bölgənin etnotoponimikasının unudulmaması ilə bağlı çağırışı və tələbi hər bir soydaşımızın ürəyincə oldu. Biz müzəffər Ali Baş komandana inanırıq. Dövlət başçısı bizim Şuşa, Qarabağ, Şərqi Zəngəzur həsrətimizə son qoydu. İnanırıq ki, Qərbi Azərbaycan həsrətimizə də, son qoyulacaq.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər