Rayonun Dağ Tumas kənd tam orta məktəbində təşkil olunan qəbulda Cəbrayıl RİH-in məsul əməkdaşları və ərazidə məskunlaşmış rayon sakinləri iştirak ediblər.
Qəbulda çıxış edən rayon rəhbəri ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, bölgələrə, eləcə də Cəbrayıl rayonuna göstərilən xüsusi diqqət və qayğıdan söz açıb. Qeyd olunub ki, dövlətimiz istər hərb sahəsində, istərsə də diplomatik müstəvidə gücünü nümayiş etdirib və bu gün də mənfur düşmənin ölkəmizə qarşı təxribatlarına layiqli cavablar verilir. Çıxışı zamanı icra başçısı işğaldan azad olunmuş torpaqlarımızda, o cümlədən Cəbrayıl rayonunda aparılan abadlıq və quruculuq işlərindən də danışıb.
Daha sonra vətəndaşların müraciətləri dinlənilib. Rayon sakinlərini narahat edən problemlərlə bağlı müvafiq tapşırıqlar verilib.
Səyyar qəbul-görüşdə iştirak edən sakinlər ölkə Prezidentinə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.
Hazırladı: Mina RƏŞİD