Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, onlardan 3746 nəfər müvafiq qaydada işlə təmin olunub, 350 nəfər isə özünüməşğulluq proqramına cəlb edilib, digərləri fərdi qaydada özünüməşğul olanlardır.
Bunlardan əlavə, işğaldan azad edilmiş ərazilərdə 223 nəfər peşə hazırlığına cəlb olunub, daha 638 nəfərin məşğulluğunun təmin olunması ilə bağlı iş aparılır.
Qeyd edilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işğaldan azad olunan ərazilərə köçürülən sakinlərin aktiv məşğulluq proqramları ilə əhatə olunması tədbirləri davam etdirilir. (Trend)