Sərxan Hacıyev 2020-ci il oktyabrın 23-də Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb. Nəşi bir həftə neytral ərazidə qaldıqdan sonra Şəhidimiz böyük ehtiram və izdihamla doğma yurdunda torpağa tapşırılıb.
Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Sərxan Hacıyev ölümündən sonra "Vətən uğrunda", “Cəsur döyüşçü” medalları və “Azərbaycan bayrağı” ordeni ilə təltif edilib.
Şəhidimizin anası deyir ki, Sərxan uşaqlıqdan elə mərd, elə qorxmaz idi ki, evdə bacı-qardaşları onun adını “Qorxmaz” qoymuşdular. Müharibəyə yollananda da zəng edib anasına deyib ki, ağlama, inşallah şəhid anası olarsan...
Bu gün Sərxan kimi oğulların adı, əməli müqəddəsləşərək nəinki doğmalarının, bütün Azərbaycanın qürur yerinə çevrilib.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, Şəhidim!
Mina RƏŞİD