10.06.2025, 00:37
AZ EN
23.06.2023, 13:37 411

Xocalı sakinlərinin səyyar-görüş qəbulu keçirilib

XƏBƏRLƏR
  • Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov dünən Nərimanov rayonunda “Bakuvi-20” ünvanında müvəqqəti məskunlaşmış Xocalı rayon sakinlərinin səyyar-görüş qəbulunu keçirib.

Səyyar qəbulda rayonun idarə, müəssisə və təşkilat nümayəndələri, həmçinin Xocalı rayon sakinləri iştirak ediblər.

RİH-in başçısı Şahmar Usubov səyyar görüşdə sakinlərə ilk öncə  Prezident cənab İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasət, eləcə də əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəlmiş dövlət qərarları ilə bağlı ətraflı məlumat verib.

Daha sonra qəbulda iştirak edən vətəndaşların müraciətləri dinlənilib, onları narahat edən məsələlər Rayon İcra Hakimiyyəti başçısının nəzərinə çatdırılıb. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin qeydiyyatı aparılaraq nəzarətə götürülüb.

Qeyd edək ki, səyyar qəbulda 12 Xocalı sakini iştirak edib.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər