21.09.2024, 18:27
AZ EN
23.06.2023, 10:50 201

O VƏ ZAMAN

XƏBƏRLƏR

Yazıçı, alim Sadıq Qarayev yazır:

"İmkanı olsa malanı, lapatkanı götürüb ustalıq, fəhləlik edib, bütün Qarabağı özü qurar, yaradar, yolları çəkər, körpülər tikər. Çox tələsir, bəlkə də zamanın saatlarına səbri çatmır, saatların saniyələr kimi irəliləyib, təsəvvüründə canlandırdığı yenidən qurulmuş Qarabağı görmək istəyir. Elə Onun ən böyük güc mənbələrindən biri zamanı sürətlə hesablaya, sonranı və daha sonranı geniş təsəvvür edə bilməkdir. Tarixi şəxsiyyətlərin də birinci gücü "zamanla şahmat oynaya" bilməklə ölçülür.

Odur ki, bütün gedişlərini sürətlə edib, 44 günə məqsədə nail ola bildi, təbii ki dövlət, xalq, qəhrəman şəhid və qazilərlə birlikdə. Faktiki yeni reallıq yarandı, Azərbaycan qalib, diktə edən dövlət oldu.

O niyə tələsir?

Təkcə vətənpərvərlikdən, Qarabğı abad, insanları öz ata yurdunda görmək istəyindən irəli gəlmir bu, həm də zamanı qabaqlamaq, onun labrintə bənzər gediş trayektoriyalarının buradan keçməməsi üçün tələsir.

Avropada, Moskvada danışıqlar edir, sabahsı gün Kəlbəcərə, Laçına gedir... O tələsir. Danışıqdan çox qurub- yaratmağı əsas gediş hesab edir.

Çox gözəl hesablayır ki, işğaldan azad edilmiş ərazilərdə ordu hissələri yerləşdirmək, hava limanları tikmək, kənd, qəsəbə, şəhərlər salmaq zamana qarşı bir neçə gedişi əvvəldən hesablamaq deməkdi. Yeni reallıqlar yaratmaqdır. Zaman və dünya ancaq reallıqla hesablaşırlar. 30 illik labrint gedişlər bunu göstərdi.

Onun hazırda bir ali məqsədi var: Müstəqil Azərbaycan Respublikasının tarixi çiçəklənmə və təkamül mərhələsini uğurla davam etdirmək. Zamana uduzmamaq!

Bəli, bu, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin prinsipial mövqeyidir. Biz də Ona güvənir, Onunla fəxr edirik.

İnanıram ki, O nəyin nə vaxt edilməsini çox gözəl bilir.

Əsas da odur ki, İlham Əliyev hər zaman Azərbaycanın dövlət maraqlarını nəyin bahasına olur-olsun, qətiyyətlə müdafiə edə bilir, hər şeyi ölçüb, biçir və real mümkün olanının ən maksimumunu edir.

İşlərinizdə uğurlar ağıllı, müdirik, cəsarətli və sonraları hesablaya bilən dövlət başçısı!

Düşüncələriniz və işləriniz zamandan irəli olsun. Yorulmayasınız.

Allah Azərbaycanımıza uğurlar nəsib etsin!".

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər