Qubadlı rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində yerləşən kənd qəbirstanlıqlarında mülki şəhidlərimizin dağıdılmış qəbirüstü abidələri tam şəkildə bərpa olunub. Bu işlər rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqovun tapşırığı və dəstəyi ilə həyata keçirilib.
Qarabağ müharibəsi zamanı erməni təcavüzü nəticəsində həlak olmuş mülki şəxslərin xatirəsinə ehtiram əlaməti olaraq onların məzarları yenidən bərpa edilir. Bildirilib ki, Qubadlıda dəfn olunan bütün şəhidlərimizin qəbirüstü abidələrinin bərpası istiqamətində işlər davam edir və ilin sonuna qədər tam yekunlaşdırılması planlaşdırılır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Tahirə AĞAMİRZƏ