Bu sözləri Cəbrayıl şəhərinə köç edən keçmiş məcburi köçkün Mustafa Mehtiyev deyib.
O bildirib ki, doğma torpağa, ata-baba yurduna ailəsi – övladı və nəvələri ilə birlikdə qayıtmaq onun üçün bir ömürlük arzusunun gerçəkləşməsi deməkdir: "O illəri heç vaxt unutmuruq. Yurd həsrəti çox ağırdır və biz onu yaşadıq. Amma bu gün doğma evimizə qayıdırıq. Yeni Cəbrayıl yeni həyat deməkdir. Orada qurulan şərait, tikilən evlər, yaradılan infrastruktur Ali Baş Komandan İlham Əliyevin xalqına verdiyi dəyərin göstəricisidir”.
M.Mehtiyev, həmçinin şəhidlərin ruhunu ehtiramla yad edib: “Bu torpaqlara qayıdış qəhrəman vətən övladlarının qanı, canı bahasına başa gəldi. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə şəfa diləyirəm. Bu günümüzə səbəb olan hər kəsə minnətdaram”. (AZƏRTAC)