24.04.2025, 22:36
AZ EN
15.12.2023, 08:39 340

Keçmiş məcburi köçkün: Zabuxa qayıtdığım üçün həm sevincli, həm də həyəcanlıyam

XƏBƏRLƏR
  • Biz 1992-ci ildə Laçından məcburi köçkün düşdük. Bakıya gəldikdən sonra isə Hövsan qəsəbəsində məskunlaşmışdıq. Şükürlər olsun ki, bu gün Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, öz yurdumuza qayıdırıq.

Bu sözləri doğma yurduna qayıdan Zabux kənd sakini Çiçək Zülfüqarova söyləyib.

O, uzun illərdən sonra öz yurduna qayıtdığı üçün həm sevincli, həm də həyəcanlı olduğunu vurğulayıb.

Çiçək Zülfüqarova bildirib ki, Zabuxa oğlu və nəvələri ilə birlikdə qayıdır. (AZƏRTAC)

Oxşar xəbərlər