Bu gün Azərbaycan ordusunun mərd əsgəri, Vətən müharibəsi qəhrəmanlarından olan şəhid Hikmət Zaur oğlu İbrahimovun doğum günüdür. O, 2001-ci il iyunun 23-də də Ucar rayonunun Qarabörk kəndində anadan olub. 2007-ci ildə Qarabörk kənd tam orta məktəbinin birinci sinfinə daxil olub. 2016-cı ildə həmin məktəbin doqquzuncu sinfini bitirib.
Hikmət İbraimov 2020-ci il mayın 25-də də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsindən hərbi xidmətə çağırılıb. 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlananda bir əsgər kimi Hikmət də döyüşlərə qatılıb. O, Füzuli istiqamətində gedən savaşlarda mərdliklə vuruşub. Elə həmin döyüşlərin birində qəhrəmancasına şəhadətə ucalıb.
Şəhidimiz böyük izdiham və ehtiramla doğlduğu kənddə torpağa tapşırılıb.
Prezindet İlham Əliyevin sərəncamlarına əsasən Hikmət İbrahimov ölümündən sonra “Döyüşdə fərqlənməyə görə”, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalalrı ilə təltif edilib.
Hikmətin atası İbrahimov Zaur Məmməd oğlu Birinci Qarabağ müharibəsi iştirakçısı, qazidir. Onun Gülnur adında bir bacısı var.
Atası bildirir ki, Hikmət ürək sözlərini, sirrini anasıyla bölüşərdi. Anası Samirə xanım deyir ki, Hikmət mənim üçün ölməyib, sağdır. Çünki Şəhidlər ölməz...
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, Hikmət balamız!
Mina RƏŞİD