Şuşamda qol qaldırıb
Yallı gedən sənmisən?
Bu gün Zəfər mənimdi
Qarşımda əyilmisən!
Rəşadın qardaşı da onunla qürur duyur, deyir ki, biz qazi ailəsi idik, həmişə atamla fəxr edirdik. İndi də şəhid ailəsi olmuşuq. Başımız bir az da ucaldı. “Hara baxırıq, hara dönürük evin hər yanı odur, Rəşadı görürük. Ondan ötrü darıxırıq. Amma ürəyimizə müəyyən qədər su səpilir ki, o Vətən uğrunda şəhid olub.
Vətən Müharibəsinin qəhrəman şəhidlərindən biri də Rəşad Rəhman oğlu Mehdiyevdir. O, 24 aprel 1997-ci ildə Xırdalan şəhərində anadan olub. Atası Rəhman Mehdiyev Birinci Qarabağ müharibəsi iştirakçısıdır. Rəşad orta təhsilini Xırdalan şəhər 9 nömrəli tam orta məktəbdə və Cəmşid Naxçıvanski adına hərbi liseydə alıb. Azərbaycan Texniki Universitetinin "Sabah" qruplarında ali təhsilinə başlayıb. Universiteti fərqlənmə diplomu ilə bitirib. Elektron Hökümətin İnkişafı Mərkəzində proqramçı vəzifəsində çalışırdı.
Azərbaycan Ordusunun əsgəri olan Rəşad Mehdiyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində mədliklə vuruşub. Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə şücaətlər göstərib.
Rəşad Mehdiyev 21 oktyabr 2020-ci ildə Xocavənd rayonunun Xırmancıq kəndində yerləşən Ərgünəş dağı istiqamətində qanlı döyüş zamanı qəhrəmancasına şəhadətə ucalıb.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Rəşad Mehdiyev ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Dünyaya göz açdığı Xırdalan şəhərində bir küçəyə şəhidimizin adı verilib.
Onun işıqlı, gülən qara gözlərinə baxanda sanki qəlbini görürsən. Rəşad həmişə belə gülümsəyəcək, mehribanlıqla və qürurla...
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman Rəşad balamız!
Mina RƏŞİD