07.02.2026, 03:37
AZ EN
29.01.2026, 16:03 166

Milli Qəhrəmanın ailəsi mənzillə təmin olunub

XƏBƏRLƏR
  • Azərbaycan dövləti şəhid ailələrinə göstərilən diqqət və qayğını ardıcıl şəkildə davam etdirir. Bu istiqamətdə atılan addımlar cəmiyyət tərəfindən yüksək qiymətləndirilir və şəhidlərin xatirəsinə verilən dəyərin bariz nümunəsidir.

Milli Qəhrəman, şəhid polkovnik Şükür Həmidovun həyat yoldaşı Könül Həmidova mənzillə təmin olunub. Bu barədə Milli Qəhrəmanın xanımı özü məlumat verib. O, bu günlərdə Prezident İlham Əliyevə ünvanladığı məktubda mənzil aldığına görə dövlət başçısına dərin minnətdarlığını bildirib.

Qeyd edək ki, Şükür Həmidov 2016-cı ilin Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin geri alınmasında böyük şücaət göstərmiş, döyüş tapşırıqlarını qəhrəmanlıqla yerinə yetirmişdi. Onun xidmətləri Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilib.

Milli Qəhrəman Şükür Həmidov 22 oktyabrda Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə ön xəttə qəhrəmanca döyüşərək şəhidlik zirvəsinə ucalıb.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər