08.09.2024, 05:50
AZ EN
22.06.2023, 09:22 97

Qərbi azərbaycanlılar da yurd həsrətinin bitəcəyinə əmindirlər

XƏBƏRLƏR
  • Qərbi Azərbaycanın ən qədim Oğuz yurdu sayılan Göyçə mahalının Göysu kəndində yaşamışam. O torpaqlarda bizim geniş meyvə bağlarımız olub, ərik ağaclarımızda çox idi”. Bunu Az.TV-nin onun hal-hazırda yaşadığı evindən hazırladığı video-çəkiliş zamanı Fərmayil Cəfərov deyir.

Bildirilir ki, Fərmayil Cəfərov 1988-ci ildə Qərbi Azərbaycandan deportasiya olunandan sonra məskunlaşdığı  Tovuz rayonunun Mumlar kəndində də bağ salıb. O cümlədən də ərik ağacları əkib. Buranı da Göysuya oxşatmaqla təsəlli tapır.

1988-ci ildə 120 təsərrüfatı olan kəndin əhalisi evini-eşiyini, malını-dövlətini qoyub kənddən çıxmağa məcbur olublar. Fərmayil Cəfərov yalnız kəndin xəritəsini özü ilə götürüb. Deyir ki, indi həmin xəritəyə baxdıqda sanki yurd-yuvasını ziyarət edir. Və əlavə edir ki, orda elə meyvələrimiz var idi ki, indiyə qədər dadı damağımızdan getməyib. Fazilə Hüseynova isə doğma yurddan çıxanda Göysudakı evlərinin açarını götürüb və 35 ildir ki, o açarı saxlayır, bir gün geri qayıdıb qapısını açacağına inanır: “Bilmirəm ermənilər yaşayır, yaşamır, ondan xəbərim yoxdu, o vaxt bağlayıb gəlmişdim. Elə arzulayıram ki, ömrümdə bircə dəfə gedəm o evimi görəm”. 

Göysu kəndinin sakinləri də ötən əsrdə 4 dəfə deporyasiyaya məruz qalıblar. Həmişə təzyiqlə, ayrıseçkiliklə üzləşiblər. 1988-ci ildə isə onlar Qərbi Azərbaycanda yaşayan bütün azərbaycanlılar kimi ata-baba yurdlarından çıxmağa məcbur olublar.

Sülhəddim Cəfərov isə danışır ki, köçhaköçdə qonşu kənddə ermənilər bir evin yiyəsini ağaca bağlayıb döyüblər, sonra iti açıb buraxıblar üstünə, it onu parçalayıb yemişdi. Vandal ermənilərin azərbaycanlılara qarşı törətdiyi belə faciələrin sayı çoxdur. Elə faciələr törədirdilər ki, insanın qanı donurdu.

Təəssüf ki, ermənilər mənfur planlarını həyata keçirdilər. Qərbi Azərbaycan ərazisində bir nəfər belə azərbaycanlı qalmadı. Lakin onların hamısı ötən 35 il ərzində yurdlarına qayıtmaq ümidi ilə yaşayıblar. Vətən müharibəsində qazanılan qələbə isə  bu ümidi inama çevirib.

“Ən böyük arzum göyçəyə getməkdir, bu mənim haqqımdır”, - bunu isə balaca Uğur deyir. Bəli, bu, təkcə balaca Uğurun deyil, bütün Qərbi azərbaycanlıların haqqıdır və onlar öz haqlarına çatacaqlar.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər