19.12.2024, 16:50
AZ EN
19.12.2024, 13:57 124

Ermənistanın Rusiyaya yolu yenə bağlandı

XƏBƏRLƏR
  • Rusiya-Gürcüstan sərhədindəki “Yuxarı Lars” keçid məntəqəsi bütün növ avtomobillərin hərəkəti üçün bağlıdır.

“Vətən səsi” xəbər verir ki, bu barədə Ermənistanın Rusiya Federasiyasındakı səfirliyinin gömrük attaşesi Vaan Akopyan bildirib. O, “Sputnik Ermənistan”a açıqlamasında İrəvandan Rusiyaya və əks istiqamətdə yük daşıyan 100-ə yaxın ağır tonnajlı avtomobilin yolda qaldığını təsdiqləyib.

 Akopyan cəmi bir həftə əvvəl də analoji vəziyyətin yarandığını və Yuxarı Larsdan yük maşınlarının keçidinin qadağan edildiyini söyləyib: “Hava şəraitinin pisləşməsi ilə əlaqədar avtomobillərin və sərnişinlərin gediş-gəlişi məhdudlaşdırılıb”.

Xatırladaq ki, “Yuxarı Lars” keçid məntəqəsindən keçən yol hazırda Ermənistanı Rusiya ilə (Gürcüstan ərazisindən) birləşdirən yeganə quru marşrutdur.

Elxan SALAHOV

Oxşar xəbərlər