ANAMA-dan verilən məlumata görə, agentlik tərəfindən aparılan tədqiqat və təmizləmə əməliyyatları zamanı keçmiş təmas xətti və bu ərazilərin ətrafında yerləşən bağlar, meşələr, üzümlüklər, dağıdılmış yaşayış məskənləri, məzarlıqlar, çay kənarları və.s yerlərin ciddi şəkildə minalarla çirkləndirilməsi aşkar edilib.
"Agentlikdən Ağdam rayonunun Yusifcanlı və Qarağacı, Cəbrayılın Cocuq Mərcanlı, Laçın rayonunun Suarası kəndlərində yerləşən mərazlıqların minalanmasına dair dəqiq məlumatlar vardır.
2021-ci ildə Ağdam rayonunun Yusifcanlı kənd mərazlığında 2 nəfər mülki şəxsin həlak olması, 2 nəfərin xəsarət alması, həmçinin son hadisə olaraq 21 oktyabr tarixində Laçın rayonunun Suarası kəndi məzarlığında 1 nəfər şəxsin həlak olması, digər birinin xəsarət alması ilə nəticələnən mina hadisələri buna sübutdur", - açıqlamada deyilir. ("Trend")