İşğaldan azad olunmuş ərazilərdə ANAMA tərəfindən mina təmizləmə əməliyyatları zamanı indiyədək 239 milyon kvadrat metrdən artıq ərazi təmizlənib. Bunu açıqlamasında Mina Təmizləmə Agentlinin şöbə müdiri Adil Aslanov bildirib. O, həmçinin qeyd edib ki, bu müddət ərzində 40 mindən artıq mina və partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
-Bu dövr ərzində minalardan xəsarət alan insanların sayı 263 nəfərə çatmışdır. Bunlardan 44 nəfəri həlak olmuş, 219 nəfəri isə yaralanmışdır. Ümumilikdə, əməliyyatlarımızın coğrafiyası geniş olaraq Qarabağda, Şərqi Zəngəzurda işğaldan azad olunmuş ərazilərdə öz fəaliyyətlərini davam etdirməklə yanaşı, həmçinin mina xəbərdarlığı və maarifləndirmə proqramı üzrə həmin ərazilərdə işləyən işçilər, təmas xəttindəki yaşayış məntəqələrində yaşayan insanlar arasında maarifləndirmə işləri yüksək səviyyədə həyata keçirilir.
Hazırladı: Tahirə AĞAMİRZƏ