Azərbaycan ədəbiyyatının görkəmli simalarından olan Abbas Səhhət yazmışdır ki, könlümün sevgili məhbubi mənim Vətənimdir, Vətənimdir, Vətənim. Bu mənada Azərbaycan xalqı bütövlükdə monolitdir. Bax elə Vətən müharibəsi də bunu bir daha sübut etdi. Ölkəmizin bütün sakinləri həmrəylik nümayiş etdirərək Zəfər qazandı. Bu işdə öz qəhrəmanlığı ilə seçilən oğullardan biri də Niyaməddin Qismət oğlu Xankişiyevdir. Niyaməddin 11 noyabr 1996-cı ildə Saatlı rayonunun Nabatkənd kəndində anadan olmuşdur. O, rayonun İkram Ağayev adına Nabatkənd tam orta məktəbində təhsil almışdır. Orta təhsilini bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılmış, Quru Qoşunlarında xidmət etmişdir. Tərxis olunduqdan sonra müxtəlif yerlərdə işləmiş, Vətən müharibəsində əsgər kimi Cəbrayıl və Qubadlı istiqamətində vuruşmuşdur. Göstərdiyi şücaətə görə Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin sərəncamı ilə Niyaməddin Qismət oğlu Xankişiyev "Qubadlının azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Vətən müharibəsi iştirakçısı", "Cəsur döyüşçü" medallarına layiq görülmüşdür. Ailəlidir, III qrup əlildir.
İsa Musayev