19.12.2024, 12:47
AZ EN
30.05.2023, 16:10 253

Yeni nəşr: “Qarabağ bölgəsi XX əsrin əvvəllərində”

XƏBƏRLƏR
  • AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Həsənovun “Qarabağ bölgəsi XX əsrin əvvəllərində (ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyat” kitabı nəşr olunub.

İnstitutdan bildirilib ki, kitabın elmi redaktoru AMEA-nın həqiqi üzvü, tarix elmləri doktoru professor İsmayıl Hacıyev, məsul redaktoru tarix üzrə fəlsəfə doktoru, dosent Hacı Həsənov, rəyçiləri tarix elmləri doktoru, dosent Nazim Məmmədov və tarix üzrə fəlsəfə doktoru Nazim Mustafadır.

Monoqrafiyada XX əsrin əvvəllərində Qarabağda cərəyan edən ictimai–siyasi proseslər, bölgənin inzibati-ərazi idarəetmə sistemi araşdırılır, arxiv sənədləri əsasında Qarabağın demoqrafik vəziyyəti, aqrar münasibətləri, kənd təsərrüfatı və ədəbi-mədəni həyatı təhlil edilir. (AZƏRTAC)

Oxşar xəbərlər