10.06.2025, 00:58
AZ EN
08.09.2024, 10:08 318

Bu gün Vətən müharibəsinin şəhidi Şamo Rəhimovun doğum günüdür

XƏBƏRLƏR
  • Şamo Heydər oğlu Rəhimov 1982-ci il sentyabrın 8-də Füzuli rayonunun Kərimbəyli kəndində anadan olub. Uşaqlıq illərini cəbhə rayonunda yaşayaraq, vətənpərvər ruhda böyüyüb.

Həqiqi hərbi xidmətə ruh yüksəkliyi ilə yollanan Şamo xidməti dövründə də fərqlənib. Sonra müddətdən artıq həqiqi hərbi xidməti seçərək, Vətənin keşiyində dayanıb.

Aprel döyüşlərində iştirak edən Şamo bu döyüşü həyatının döyüş təcrübəsi kimi dəyərli bilib. Çünki o, bu döyüşdə qəhrəmanlığı ilə seçilib.

Vətən müharibəsində də Şamo ön sıralarda əsl qəhrəman kimi döyüşüb. Bir çox strateji yüksəkliklərin azad olunmasında fəallıq göstərən kiçik çavuş Şamo Rəhimov 2020-ci il oktyabrın 1-də Füzuli istiqamətində gedən gərgin döyüşlər zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamlarına əsasən igidimiz Şamo Rəhimov ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Ruhu şad olsun!

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər