22.11.2024, 19:49
AZ EN
24.05.2023, 17:24 244

Azərbaycan və Özbək xalqlarının dərin bağları bu gün ən gözəl dövrünü yaşayır

XƏBƏRLƏR
  • Tarixən iki qədim xalqın - Özbək və Azərbaycan xalqlarının bir-biri ilə dərin bağları olmuşdur. Lakin onu bildirməliyik ki, bu bağlar məhz indi çox hörmətli prezidentimiz İlham Əliyevin hakimiyyəti dövründə ən gözəl dövrünü yaşamaqdadır. 

Məhz bu əlaqələrin daha da yaxınlaşması nəticəsində Qubadlı rayon Teymur Müskanlı kəndindən olan, Qubadlı Tarix Diyarşünaslıq muzeyinin kiçik elmi işçisi Günel Quluzadə 2022-2023 tədris ilində Özbəkistan Respublikasının Səmərqənd şəhərində yerləşən "İpək Yolu" Beynəlxalq Turizm və Mədəni Miras Universitetinin "Muzeyşünaslıq" fakültəsinin magistr pilləsinə tam təqaüdlə qəbul olmuşdur. Tədrisin ingilis dilində keçirildiyi universitetdə Günel Quluzadə müəllimlərin və Universitet kollektivinin hörmət və rəğbətini qazanıb, ölkəmizin mədəniyyətini yüksək səviyyədə təmsil edir.

“History, cultural heritage and tourism opportunities of the Silk Road peoples (past and present)” adlı beynəlxalq konfransda iştirak edən Günel Quluzadə "1993- 2021-ci il müharibələri nəticəsində dağıdılmış Azərbaycan muzeyləri" adlı məqaləsi ilə, "Gastronomy Tourism Congress For People and Planet: İnnovate, empower and preserve" adlı qastronomiya konfransında isə "Özbək və Azərbaycan yeməklərinin oxşar cəhətləri" adlı məqaləsi ilə çıxış etmiş, sertifikatlarla təltif edilmişdir.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər