İcra başçısı çıxış edərək son illərdə respublikamızın bütün rayonlarında, o cümlədən işğaldan azad olunmuş ərazilərdə gedən quruculuq işlərindən, ölkənin sosial-iqtisadi inkişafından, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində ölkə rəhbərliyi tərəfindən həyata keçirilən sosial layihələrdən geniş söhbət açıb.
Daha sonra İcra başçısı qəbulda iştirak edən sakinləri dinləyərək onları narahat edən problemlərin həll olunması üçün müvafiq tapşırıqlar verib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Mina RƏŞİD