20.09.2024, 00:20
AZ EN
05.12.2022, 11:15 320

Bu gün şəhid Cəlil Vəzirovun doğum günüdür

XƏBƏRLƏR
  • 44 günlük savaşda qazanılan qələbə üçün  hər birimiz nurüzlü şəhidlərimizə borcluyuq. Onlardan biri də bu zirvəyə yüksələn Cəlal Vəzirovdur.

1993-cü il dekabrın 5-də Beyləqan rayonunun Qaralılar kəndində dünyaya göz açan igidimiz Füzuli uğrunda gedən döyüşlərdə adını qəhrəmanlıq tariximizə yazdı.

Cəlalın atası Bədirxan Vəzirov Birinci Qarabağ müharibəsi iştirakçısıdır. 27 il əvvəl Cəlal dünyaya göz açanda atasını hərbi formada görüb.  “Ot kökü üstə bitər”,-deyiblər. 2013-cü ildə cəbhə xəttində kəşfiyyat bölüyündə xidmət edən Cəlal Vəzirov Vətən müharibəsi başlayanda könüllü olaraq Xüsusi Təyinatlı Qüvvələrlə birlikdə  döyüşə qatılıb.  

Bir neçə uğurlu əməliyyatda fəal iştirak edib. Füzulinin azad olunması uğrunda gedən ən ağır döyüşlərdə şücaətlər göstərən Cəlal Vəzirov  2020-ci il oktyabrın 3-də  Füzuli rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olmuşdur.

O, ölümündən sonra "Vətən uğrunda" , "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Allahdan şəhidimizə rəhmət diləyirik.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR