Bunu Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov “Real TV”yə müsahibəsi zamanı deyib. Onun sözlərinə görə, Fərman Sosial Tədqiqatlar Mərkəzinin fəaliyyətinin daha geniş miqyaslı xarakteri üçün də zəmin yaradır.
İ.Hüseynov daha sonra əlavə edib ki, hazırkı reallıqlarda Sosial Tədqiqatlar Mərkəzi mühüm prioritetlərin daha da araşdırlmasında fəaliyyət göstərir və həm Ermənistan-Azərbaycan arasında sülh müqaviləsi, Zəngəzur dəhlizi, Böyük Qayıdış probleminin həll olunması və digər tərəfdən həm də tarixi torpaqlarımıza qayıdış mərhələsində ölkəmizdə önəmli olan həm də sosial tədqiqatlar həyata keçirilməkdədir: “Fərmana biz nəzər salanda deyə bilərik ki, həm də Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq sosail tədqiqatlar sahəsində məsələlərlə də bağlı mərkəz təkliflər irəli sürəcək. Bu mərkəzin fəaliyyət spektrını, arealını bir qədər də genişləndirir. Eyni zamanda mərkəz beynəlxalq tərəfdaşlıq memorondumları imzalamaqla həm də beynəlxalq açılımı həyata keçirmək əzmindədir. Ümid edirəm ki, qarşıdakı dövr ərzində mərkəz həm də Prezidentin Fərmanından irəli gələn ümumi məsələlərin həllində fəaliyyət göstərəcək və uğurlar qazanacaqdır”.
Qeyd edək ki, Sosial Tədqiqatlar Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 12 aprel tarixli 624 nömrəli Fərmanında dəyişiklik edilib. Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Tahirə AĞAMİRZƏ